The Holy See
back up
Search
riga

VISITA DEL CARDINALE SEGRETARIO DI STATO
TARCISIO BERTONE IN ARMENIA E AZERBAIGIAN

INCONTRO CON IL CAPO DEI MUSULMANI DEL CAUCASO
ALLAH SHUKUR PASHA ZADE

DISCORSO DEL CARDINALE TARCISIO BERTONE

Residenza dello Sheykh-ul-Islam Allah Shukur Pasha Zade, Baku
Sabato, 8 marzo 2008

 

Çox Hörmətli Şeyx-ul-İslam Allah Şükür Paşazadə,
Hörmətli Xəzəryanının və Bakının Episkopu, Aleksandr,
Hörmətli Dağlı Yahudilərin İcma Başçısı, Simion İxiilov,

Rus Pravoslav Kilsəsinin və Yəhudi İcmasının Dini Başçılarının iştirakı ilə birgə, Qavqaz Müsəlmanları Başçısının binasına dəvət olunmağıma çox böyük məmnuniyyət hissi keçirdim. Məni böyük dostluq, deyərdim qardaşlıq hissiylə qarşılamağınız mənə dərhal sevinc bəxş etdi.

Bilirəm ki, bu bir anla deyil, ancaq sizin ölkənin ənənəsiylə bağlıdır. Siz dini tollerantlıqda cəmiyyətin sütunu görür və həmin işığın istiqamətinə doğru irəli gedirsiz.

Bilirəm ki, bu, Dövlətinizin yüksək çalışmasının iradəsidir. Hörmətli Şeyx-ul-İslam, bu, Sizin yorulmaz işinizin nəticəsidir. Məhz bu zəhmətinizə görə, Roma Papası XVI-cı Benediktin Sizə ən yüksək Pontefisiy Ordeninin verilməsini yada salaraq, Sizin nəyinki Azərbaycanda, habelə bütün imanlılar üçün, stabilliyin və sülhün qorunmasında gördüyünüz işlərə görə, Sizə öz dərin minnətdarlığımı bildirirəm. Sizin gördüyünüz işlər, konflikt və düşmənçilik yaratmaq üçün, dinləri bir alət olaraq istifadə edilməsini yol verilməz olduğunu konkret göstərir. Bəşəriyəttə ən yüksək Harmoniya olan Tanrı, bizi biri-birimizi sevməyə və hər birimizin yaxşılığına bir yerdə çalışmağa çağırır. Onun istəyini yerinə yetirmək çətin olsa da, imanlıların və nümunəvi vətəndaşların düzgün seçimi bu yolda çox böyük dəstəkdir. Vatikan Dövləti (Müqəddəs Taxt), dünyanın hərbir yerində dinlərin müxtəlifliyinə baxmayaraq, dinc və sülh şəkildə, biri-birinə hörmət bəsləyərək, bir yerdə yaşamaq istəyən hər bir kəsə çox yaxındır. Müharibə günahsız insanlara dağıdıcı zərbə vurur, buna görə Vatikan sülh yolunu seçənlərə öz dəstəyini verir.

Roma Papası II-ci İoann Pavelin Sizinlə və digər Dini Başçilarla, Bakı şəhərində, görüşündən sonra bütün katolik dünyasının pozitiv təəssüratı yadıma gəlir. Papanın özü belə xoş təəssüratla dolmuşdu. Sizə bəslədiyi hörməti, Sizi Vatikanda, öz evinə dəvəti ilə bildirdi. Sağlamlığının zəifliyinə və ən çətin dövrünə baxmayaraq, çox xoş hisslərlə dolu olan görüşü və söhbəti buna sübutdur. Həmin görüş onun ən son rəsmi görüşlərindən biri idi. Onun dəfn mərasimində Sizin, Çox Hörmətli Şeyx, Azərbaycan Prezidenti, Zati-Aliləri Cənab İlham Əliyevla birgə iştirak etmək istədiyinizi bildirməniz, Katolik Kilsəsi heç zaman unutmayacaq.

Mən burada Roma Papası XVI-cı Benediktin adından iştirak edərək bildirirəm ki, dini tolerantlıq yalnız cəmiyyətin yüksək səviyyəyə çatması demək deyil. O, həmçinin bütün Xalq və Dövlətlərə, birgə zəhmətin məhsulu olan əmin-amanlıq və inkişafın qarantıdır. Mən Sizləri inandırıram ki, Vatikan hər zaman dini tollerantlıqda insanlığın inkişafını və zənginləşməsini görən hər bir kəsin yanında olacaq.

Məni bu görüşdən sonra banketə dəvət etdiyinizə görə, Sizə çox böyük hörmətlə öz minnətdarlığımı bildirirəm. Sizin qonaqpərvərliyinizin nişanı olan mətbəxin dadı hamıya məlumdur və bu Ölkənizin layiqli qürurudur. Bildiyiniz kimi çörək kəsmə mərasimi Katolik Kilsəsi üçün hamı biri-birini anlayan bir dünyanın tikilişində bir yerdə iştirakın davam edilməsinin mənasını daşıyır. Həmin o dünyada ki, insanlar biri-birinə hörmət bəsləyir, insan həyatının əsas dəyərlərinə qayğı göstərir, bununla da Tanrının bizə istəyi olan, qardaşlıq əsasında qurulan bir həyat tərzi başlanır.

Tanrıdan Sizə, digər Dini Başçılara və sizlərə həvalə olunmuş imanlılara xeyirdua diləyirəm!

Diqqətinizə görə təşəkkür edirəm!

top